Fuad Muradov azadlığa buraxılıb?


"Qazaxlı Alik" ləqəbi ilə tanınan Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Arif Muradovun oğlu Fuad Muradovun amnistiya aktı çərçivəsində azadlığa buraxıldığı iddia olunur.

Turkustan.az Tpravda.az-a istinadla xəbər verir ki, A. Muradov yayılan məlumatların saxta olduğunu deyib:

“Qərar Fuada aid deyil. Yalandan yayırlar, dilə-dişə salmaq üçün...”

F. Muradov 2023-cü ilin oktyabr ayında saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Ona və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham elan olunub.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş qismində tanınıb. Gəncə Ağır Cinayətlər Məhkəmsinin hökmünə əsasən, təqsirləndirilən F. Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.


MANŞET XƏBƏRLƏRİ