“Nə ilə məşğul olacaqsınız, pensiya?”


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Turkustan.az-ın məlumatına görə, Prezidentlə kişi sakin arasında maraqlı dialoq yaranıb.

Prezident İlham Əliyev: Nə işlə məşğul idiniz o vaxt?

Kişi sakin: Şofer işləyirdim.

Prezident İlham Əliyev: Kolxoz var idi?

Kişi sakin: Bəli, kolxoz var idi.

Prezident İlham Əliyev: Bəs işğal dövründə harada?

Kişi sakin: İşğal dövründə Sumqayıtda yaşayırdım.

Prezident İlham Əliyev: Sumqayıtda. İndi burada nə ilə məşğul olacaqsınız? Pensiya?

Kişi sakin: Pensiya.

Prezident İlham Əliyev: Təbrik edirəm.

/“Qafqazinfo”


MANŞET XƏBƏRLƏRİ