Xəzər dənizinin səviyyəsi son illərdə tarixi minimumlara enib.
Turkustan.az Xezerxeber.az-a istinadən xəbər verir ki, dənizin səviyyəsi 2005-2025-ci illər ərzində dəniz 2,1 m-ə, 2023-2025-ci illər ərzində isə 0,4-0,5 m-ə qədər geri çəkilib. Coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani deyir ki, suyun səviyyəsinin kəskin azalması bir neçə amildən asılıdır.
Coğrafiya üzrə fəlsəfə doktoru qeyd edib ki, zamanla su-torpaq sərhədlərinin dəyişməsi, bəzi adaların xüsusilə Pirallahı, Qum adalarının sahillə birləşərək “yarımada”ya çevrilməsini qaçılmaz edə bilər.
Zaur İmrani həmçinin qeyd edib ki, dənizin səviyyəsi dəyişkən xarakter daşıyır və yaxın onilliklərdə yenidən qalxma ehtimalı istisna edilmir.
Turkustan.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.