Xəbər verdiyimiz kimi, 2025-ci ilin 21 noyabr tarixində Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib.
Turkustan.az xəbər verir ki, bu səfər 21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin İrəvana səfərinə cavab xarakteri daşıyır.
Tərəflər 8 avqustda Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər.
Bu gün səhər Bakıya çarter reysi ilə gələn erməni nümayəndə heyətinin tərkibi açıqlanıb. Heyətə İrəvan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyan daxildir.
Ermənistan hava yollarına məxsus təyyarə SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanına eniş edib.
Məlumata görə, Ermənistan hökuməti 5 nəfərlik nümayəndə heyətinin Bakıya səfərinin həyata keçirilməsi üçün 17 milyon 550 min dram (təxminən 45,6 min dollar) vəsait ayırıb./publika.az