Avropada qazın qiyməti 2024-cü ildən bəri ən aşağı səviyyəyə düşüb


Avropa təbii qaz fyuçersləri Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ və Rusiya ilə sülh planı üzərində işləməyə razılıq verməsindən və havaların istiləşməsi ilə bağlı proqnozların isitmə tələbi ilə bağlı proqnozu pisləşdirməsindən sonra 2024-cü ilin may ayından bəri ən aşağı səviyyəyə düşüb.

Turkustan.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Avropada qaz üçün etalon olan Hollandiyanın dekabr fyuçersləri 3,1% ucuzlaşaraq meqavat/saat üçün 30,20 avroya satılıb.

Qəzet yazır ki, Zelenski ABŞ və Rusiya tərəfindən hazırlanmış və Rusiya enerjisinə qarşı sanksiyaları ləğv edəcək sülh planı üzərində işləməyə razı olduğunu bildirib. Baxmayaraq ki, vaxtilə Avropa Birliyinin aparıcı qaz təchizatçısı olan Rusiya indi yanacaq idxalının 10%-dən bir qədər çoxunu əhatə edir. Rusiyanın dünya bazarına əlavə enerji ixracı, o cümlədən neft qiymətlərə təzyiq göstərə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ