İsrail administrasiyası Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasının ikinci mərhələsini həyata keçirmək üçün komanda yaratmaq qərarına gəlib.
Turkustan.az xəbər verir ki, yerli media, Təhlükəsizlik Kabinetinin dünən axşam keçirdiyi iclasa uyğun olaraq Qəzzada atəşkəsin ikinci mərhələsini həyata keçirmək üçün bir komandanın yaradılmasına qərar verdiyini bildirib.
Qurulacaq komandaya İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçin də daxil ediləcəyi bildirilib.
Komandanın tərkibində olan Ben-Qvir və Smotriç iki illik soyqırım zamanı bütün Qəzza zolağının işğalını, oradakı fələstinlilərin başqa ölkələrə deportasiya edilməsini və yəhudilər üçün qeyri-qanuni məskunlaşmaların salınması üçün bölgədəki torpaqların zəbt edilməsini müdafiə edirdilər.
ABŞ prezidenti Donald Trampın elan etdiyi atəşkəs planı İsrail və HƏMAS-ın bunu qəbul etməsindən sonra oktyabrın 10-da qüvvəyə minib.
Aytən Yaşar/ Turkustan.az