“May ayında Nikol Paşinyan hakimiyyətə gəldi. Prezident İlham Əliyevin onunla ilk təması 28 sentyabr 2018-ci ildə Düşənbədə oldu. Bu görüş bir saatdan artıq çəkmişdi”.
Turkustan.az xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində deyib.
“Paşinyan hakimiyyətə yeni gəldiyi üçün vaxt istəmişdi. Prezident elə Düşənbədə olarkən Müdafiə Nazirliyinə bütün istiqamətlər üzrə tam sakitlik və sabitliyin təmin olunması, hətta qarşı tərəfdən atəşkəsin pozulması olduğu hallarında belə qarşılıq verilməməsi ilə bağlı tapşırıq verdi.
İlk görüşdən təxminən 6 ay sonra ( 2019-cu ilin mart ayı) Nikol Paşinyan mövqeyini tam dəyişir.
Açıq şəkildə qeyd edir ki, mən bu məsələni həll edə bilmirəm, həll etməyəcəyəm.
Və hətta belə maraqlı bir arqument də gətirir ki, mən bunu etsəm, məni öldürərlər” – deyə nazir bildirib.