ABŞ Şaranı sanksiyalar siyahısından çıxartdı


ABŞ Maliyyə Nazirliyi Suriya prezidenti Əhməd Şaraa qarşı sanksiyaların ləğv edildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Suriya prezidenti Əhməd Şara və daxili işlər naziri Enes Hattabı sanksiya siyahısından çıxardığı bildirilir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) bazar ertəsi Ağ Evə səfəri ərəfəsində Suriya prezidenti Əhməd Şəra və daxili işlər naziri Ənəs Hattaba qarşı sanksiyaların ləğvini tələb edən qətnamə qəbul edib.

BMT TŞ-nin 14 üzvü qətnaməyə “hə” deyə səs versə də, Çin bitərəf qalıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ