“ABŞ Prezidenti Donald Trampın bu bəyanatı İran hökumətinin beynəlxalq hüquq çərçivəsində tam təzminat və zərərin haqqını tələb etmək hüququnu təsdiqləyir”.
Turkustan.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Donald Trampın 12 günlük müharibədə İsrailin hücumlarına görə məsuliyyəti öz üzərinə götürdüyü bəyanatına cavab olaraq BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubunda bildirib.
Diplomat deyib ki, Amerika liderinin bu bəyanatı beynəlxalq hüquqi təsirlərə malikdir və ABŞ-nin bu hücumlar üzrə beynəlxalq məsuliyyətini inkaredilməz şəkildə göstərir.
Donald Tramp söyləmişdi ki, İsrailin İranın üzərinə 12 günlük müharibə zamanı etdiyi hücum çox güclü olub. O qeyd etmişdi ki, məsuliyyət onun üzərindədir: “İsrailin İrana ilk hücum günü İsrail üçün böyük bir gün idi, çünki bu hücum digər bütün hücumların cəminə nisbətən daha çox ziyan vurdu”./teleqraf