Trampın G20 ilə bağlı açıqlaması: Biabırçılıqdır!


ABŞ prezidenti Donald Tramp sosial media hesabındakı paylaşımında Cənubi Afrikada keçiriləcək G20 Sammitini tənqid edib.

Turkustan.az xəbər verir ki, "G20-nin Cənubi Afrikada keçirilməsi tamamilə biabırçılıqdır" deyən Tramp, afrikalıların Hollandiyalı mühacirlərin nəsillərini, fransız və alman mühacirləri öldürüb, qırğına məruz qoyduğunu, onların torpaqlarını və təsərrüfatlarını qanunsuz olaraq ələ keçirdiklərini iddia edib.

“Bu insan haqları pozuntuları davam etdikcə, heç bir ABŞ hökumət rəsmisi görüşdə iştirak etməyəcək”, - Tramp bildirib.

ABŞ prezidenti Tramp Cənubi Afrikanın G20-də olmaması lazım olduğunu müdafiə edərək 22-23 noyabrda Cənubi Afrikada keçiriləcək G20 Sammitinə qatılmayacağını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ