Pakistan: Əfqanıstanla danışıqlar dayandırıldı


Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Pakistan və Əfqanıstan arasında danışıqların nəticəsiz nəticələrə görə dayandırıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Asif Geo News-a Əfqanıstanla sərhəddə baş verən toqquşmalardan sonra İstanbulda davam edən danışıqlardan danışıb.

Dünən Kabillə başlayan danışıqların üçüncü raundunun heç bir nəticə vermədiyini bildirən Asif, "Tam dalana dirənib. Danışıqlar qeyri-müəyyən bir mərhələyə daxil olub" dedi.

Asif Türkiyə və Qətərə Əfqanıstanla gərginliyi azaltmaq üçün göstərdikləri "səmimi səylərə" görə təşəkkür edərək, "Onlar bizim mövqeyimizi dəstəkləyirlər. Hətta Əfqan nümayəndə heyəti də bizimlə razılaşdı, lakin yazılı müqavilə imzalamağa hazır deyildilər" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ