Bölgədəki layihələr, o cümlədən infrastruktur həqiqətən təsiredicidir.
Bu barədə diplomatik korpusla Zəngilanda səfərdə olan ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon APA-ya açıqlamasında bildirib.
“Azərbaycan Hökuməti bölgəyə səfər etməyimiz üçün bu fürsəti təşkil edib. Əslində mən ilk dəfədir ki, Bakıdan kənardayam və irəliləyişi görmək üçün burada olmaqdan çox həyəcanlıyam. Bu, bizim üçün xüsusilə həyəcanvericidir, əlbəttə ki, ABŞ-ın səfərə olan sadiqliyi realdır və əldə edilən irəliləyişi görməkdən çox məmnunam”, – Emi Karlon vurğulayıb.
Diplomat bölgədə gördüyü infrastruktur layihələrindən, yeni inşa edilən evlərdən, parklardan və məktəblərlə bağlı təəssüratını da bölüşüb.
“Bu, həqiqətən təsiredicidir”, - Emi Karlon əlavə edib.
 
             
         
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            