“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi layihə çərçivəsində təbirlərini davam etdirir - FOTOLAR


2025-ci il oktyabrın 13-də “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi tərəfindən Bakı şəhəri Binəqədi rayonu 115 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir təşkil edilib.

QHT.az xəbər verir ki, tədbir “Şagirdlər və Pedaqoji Kollektiv arasında Vərəm ilə Bağlı Maarifləndirmə İşi” layihəsi çərçivəsində həyata keçirilmişdir. Layihənin məqsədi məktəb mühitində vərəm xəstəliyinə dair bilik və məlumatlılığı artırmaq, profilaktik tədbirlərin vacibliyini vurğulamaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

Tədbirdə müəllimlər, şagirdlər və məktəb rəhbərliyi fəal iştirak etmişdir. Görüş zamanı vərəmin yoluxma yolları, ilkin simptomları və xəstəlikdən qorunma üsulları barədə ətraflı məlumat verilmiş, real həyat nümunələri əsasında müzakirələr aparılmışdır.

Təlim zamanı interaktiv üsullardan, qısa videomateriallardan və təqdimatlardan istifadə olunmuş, iştirakçıların diqqəti əsas profilaktik prinsiplərə yönəldilmişdir. Gənclərin bu istiqamətdə maarifləndirilməsi gələcəkdə sağlam və təhlükəsiz cəmiyyətin formalaşmasına xidmət etdiyi vurğulanmışdır.

Məktəb rəhbərliyi və müəllimlər layihənin təşkilinə görə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinə təşəkkürlərini bildirmiş, bu cür maarifləndirici tədbirlərin davamlı olmasının vacibliyini qeyd etmişlər. Tədbir sonda interaktiv viktorina ilə yekunlaşmış, şagirdlərə sağlam həyat və məsuliyyətli davranış barədə çağırışlar edilmişdir.

Bu fəaliyyət “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin əhali arasında vərəm xəstəliyinə qarşı maarifləndirmə işinin genişləndirilməsinə yönəlmiş təşəbbüslərinin davamıdır.


MANŞET XƏBƏRLƏRİ