İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, İsrail ABŞ-ı öz adından müharibələrə sürükləməyə çalışır.
Turkustan.az xəbər verir ki, Əraqçi ABŞ-da yerləşən X sosial media platformasında İsrailin Kanal 14 televiziyasının diplomatiya müxbiri Tamir Morağın paylaşımına istinadla qeyd edib ki, İsrail bu cəhdini gizlətmir.
O, İran küçələrinin qan içində olduğunu vurğulayaraq əlavə edib: "İsrail etirazçıları silahlandırmaqla öyünür; yüzlərlə insanın ölümünün səbəbi budur."
Əraqçi həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp İrandakı qətllərin qarşısını almaq üçün İsrailə müraciət etməlidir.
Kanal 14-ün diplomatiya müxbiri Tamir Morag isə X hesabındakı paylaşımında yazıb: "İranda xarici elementlər etirazçıları odlu silahlarla silahlandırır və bu, rejim elementləri arasında yüzlərlə ölümə səbəb olur. Hər kəs kimin nəzərdə tutulduğunu təxmin edə bilər."
Aytən Yaşar/ Turkustan.az