Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti Annalena Baerbock dünyanın yeni ildə kritik bir dövrlə qarşılaşdığını bildirib və çoxtərəfli sistemin təkcə təzyiq altında deyil, həm də hücum altında olduğunu xəbərdar edib.
Turkustan.az xəbər verir ki, Baerbock BMT Baş Assambleyasında BMT-nin 2026-cı il üçün prioritetləri ilə bağlı çıxış edib.
Baerbock dünyanın yeni ildə daha təcili və kritik bir dövrlə qarşılaşdığını söyləyərək əlavə etdi: "Adətən sizə 'Yeni iliniz mübarək' arzulayardım, amma xarici dünyaya baxanda və 2026-cı ilin Karakas və Tehranda necə başlayacağını nəzərə alsaq, açıq şəkildə çox az xoşbəxtlik var."
Sentyabr ayından bəri dünyada baş verən hadisələrə diqqət çəkən Baerbock, "Çoxtərəfli sistem təkcə təzyiq altında deyil, həm də hücum altındadır. Sentyabr ayında keçirilən yüksək səviyyəli görüşlər həftəsində bir çox liderin qeyd etdiyi kimi, dünyanın çoxtərəfli sistemə ehtiyacı var" dedi.
BMT-nin Qəzza, Əfqanıstan və Ukrayna kimi bölgələrdəki humanitar yardım səylərinə, eləcə də iqlim böhranına qarşı mübarizəsinə istinad edən Baerbock bildirib ki, "Dünyanın BMT-yə ehtiyacı var. BMT olmadan dünya daha yaxşı bir yer olmazdı və bunun uğrunda mübarizə aparmağa dəyər".
Aytən Yaşar/ Turkustan.az