Hindistan hökuməti artan təhlükəsizlik riskləri və ölkə miqyasında genişlənən etirazlar fonunda vətəndaşlarını İranı mümkün qədər tez tərk etməyə çağırıb. Diplomatik mənbələrin Reuters agentliyinə verdiyi məlumata görə, Tehrandakı Hindistan səfirliyi bununla bağlı rəsmi bildiriş yayıb.
Məlumatda qeyd olunur ki, İranda vəziyyət sürətlə pisləşir, etiraz aksiyaları genişlənir və təhlükəsizliklə bağlı risklər artır. Bu səbəbdən Hindistan vətəndaşlarına təxliyə planlarını dərhal nəzərdən keçirmək tövsiyə edilib.
ABŞ, Fransa, Britaniya və bir sıra digər Avropa ölkələri də oxşar çağırışlar edərək vətəndaşlarını İrandan çıxmağa çağırıblar. “The Washington Post” isə iki Avropa rəsmisinə istinadən yazır ki, ABŞ Avropa ölkələrindən İran ərazisində potensial hədəflər barədə məlumat paylaşmağı istəyib.