Rusiyanın enerji şirkəti Qazprom, Avropadakı yeraltı təbii qaz anbarlarının tarixin ən aşağı səviyyəsinə yaxınlaşdığı barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, "Qazprom" yazılı açıqlamasında Avropadakı yeraltı qaz anbarlarının doluluq nisbətinin 12 yanvar tarixinə 53 faizə düşdüyünü açıqlayıb.
Anbarlarda ümumilikdə 53,9 milyard kubmetr təbii qazın qaldığı bildirilən açıqlamada deyilir: "Avropanın yeraltı anbarlarındakı qaz ehtiyatları tarixən ən aşağı səviyyələrə yaxınlaşır. Hazırkı qaz miqdarı, Avropa anbarları üçün ən çətin olan 2017-2018 qış mövsümünün eyni dövrü ilə müqayisədə 4,1 milyard kubmetr azdır."
Bəyanatda Avropa ölkələrinin saxlama yerlərindən təbii qazdan istifadə etməyə davam etdiyi və Hollandiyadakı saxlama yerlərində bu nisbətin 39,5 faizə düşdüyü qeyd olunub.
Ukraynadakı müharibədən əvvəl Qazprom Avropanın ən böyük təbii qaz təchizatçısı idi və təxminən 50 illik boru kəməri investisiyaları sayəsində qitədəki bazar payını 2022-ci ilə qədər 40 faizə çatdırmışdı.
Sanksiyalar səbəbindən ABŞ, Qətər və Norveç kimi mayeləşdirilmiş təbii qaz (LNG) təchizatçılarına müştərilərini itirən "Qazprom" şirkəti 2024-cü ildə Avropaya təxminən 15 milyard kubmetr təbii qaz tədarük edəcək ki, bu da 2021-ci ildəki 201,7 milyard kubmetrdən çoxdur.
Aytən Yaşar/ Turkustan.az