Makron: Qrenlandiyanın suverenliyi pozularsa, nəticələri ağır olacaq


Fransa Prezidenti Emmanuel Makron Qrenlandiyanın suverenliyinin pozulacağı təqdirdə bunun “görünməmiş zəncirvari nəticələrə” yol aça biləcəyi barədə xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, Parisdə Makronun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında Qrenlandiya məsələsi müzakirə olunub. Hökumət sözçüsü Maud Bregeonun iclasdan sonra verdiyi açıqlamaya görə, Fransa prezidenti bu mövzunu xüsusi olaraq gündəmə gətirib.

Makron çıxışı zamanı Fransanın Qrenlandiyadakı vəziyyəti yaxından izlədiyini və Danimarkanın suverenliyi ilə tam həmrəylik nümayiş etdirdiyini vurğulayıb. O bildirib ki, Qrenlandiya ilə bağlı səslənən bəyanatlara laqeyd yanaşılmır:

“Avropaya və müttəfiq bir ölkənin suverenliyinə toxunularsa, bu, görünməmiş zəncirvari reaksiyalara səbəb olacaq.”

Digər tərəfdən, Milli Assambleyanın plenar iclasında çıxış edən Fransa Silahlı Qüvvələr naziri Sebastyan Lekornu ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına toxunaraq qeyd edib ki, Trampın niyyətləri ciddi xarakter daşıyır və diqqətlə qiymətləndirilməlidir.

Eyni zamanda, Fransanın xarici işlər naziri Jan-Noel Barro RTL radiosuna müsahibəsində bildirib ki, Fransa fevralın 6-da Qrenlandiyanın paytaxtı Nuuk şəhərində konsulluq açacaq. Bu addımın bölgədə diplomatik mövcudluğun gücləndirilməsinə xidmət edəcəyi qeyd olunub.

Aytən Yaşar/ Turkustan,az


MANŞET XƏBƏRLƏRİ