Tehrandakı Britaniya səfirliyi fəaliyyətini dayandırıb


Tehrandakı Britaniya səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Turkustan.az xəbər verir ki, bun səbəb baş verən genişmiqyaslı etirazlar olub.

Böyük Britaniya hökuməti bütün diplomatik heyətin təxliyə edildiyini və konsulluq xidmətlərinin məsafədən göstəriləcəyini açıqlayıb.

Londondan verilən səyahət xəbərdarlıqlarında Britaniya və ikili vətəndaşlığı olan şəxslərin İranda saxlanılma riskinin artdığı xüsusi vurğulanıb.

Hökumət İrana bütün səfərlərin ləğv edilməsini tövsiyə edərək təcili hallarda belə səfirliyin üz-üzə yardım göstərə bilməyəcəyini bildirib. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ