ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff bildirib ki, “Qəzza Sülh Planının ikinci mərhələsi başlayıb.”
Turkustan.az xəbər verir ki, Vitkoff İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşması ilə bağlı mətbuat açıqlamasında çıxış edib. O, prosesdə vasitəçilik edən Türkiyə, Qətər və Misirə təşəkkürünü bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Qəzzadakı müharibəyə 29 sentyabr 2025-ci ilədək son qoymağı hədəfləyən 20 maddəlik sülh planı təqdim edib. Plan qarşılıqlı əsir mübadiləsini, daimi atəşkəsi, İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını, texnokratik hökumətin formalaşdırılmasını və beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur.
Atəşkəs razılaşmasının birinci mərhələsi müharibənin başlamasından sonra, 10 oktyabr 2025-ci ildə qüvvəyə minib.
Müharibə nəticəsində 71 mindən çox fələstinli həlak olub, 171 mindən çox insan yaralanıb, mülki infrastrukturun isə təxminən 90 faizi dağıdılıb. BMT yenidənqurma xərclərini təxminən 70 milyard dollar olaraq qiymətləndirir.
Aytən Yaşar/ Turkustan.az