ABŞ prezidenti Donald Tramp ölkəsinin Qrenlandiyanı ələ keçirəcəyi təqdirdə NATO-nun daha güclü və təsirli olacağını bildirib.
Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında Qrenlandiya ilə bağlı paylaşım edib.
ABŞ-ın milli təhlükəsizlik məqsədləri üçün Qrenlandiyaya ehtiyacı olduğu iddiasını təkrarlayan Tramp, adanın bir müddətdir qurduğu "Qızıl Günbəz" hava hücumundan müdafiə sistemi üçün həyati əhəmiyyət kəsb etdiyini bildirdi.
NATO-nu Qrenlandiyanın alınmasında "rəhbərlik etməyə" çağıran Tramp, "Qrenlandiya ABŞ-ın əlində olduqda, NATO daha güclü və daha təsirli olacaq" dedi.
Tramp iddia edirdi ki, NATO-nun çəkindirici gücü ABŞ-a borcludur.
Aytən Yaşar/ Turkustan.az