Müharibə hazırlığı: Netanyahunun təyyarəsi İsraildən çıxarıldı


İsrailin əsas hökumət təyyarəsi olan "Zion Wing" İsrail hava məkanını tərk edib.

Turkustan.az The Times of Israel-ə istinadla xəbər verir ki, təyyarə İsrailin cənubundakı Nevatim hava bazasından havaya qalxaraq Aralıq dənizinə doğru yol alıb.

Uçuşun səbəbləri açıqlanmayıb və İsrailin Baş naziri Binyamin Netanyahunun mümkün xarici səfərləri ilə bağlı heç bir məlumat yayılmayıb.

"Zion Wing" İranın mümkün hücumları nəzərə alınaraq İsraildən çıxarılıb. Məsələn, 13 iyun 2025-ci ildə İsrail İrana hücum etməyə başlayanda da təyyarə Ben Qurion hava limanından havaya qalxaraq ölkəni tərk etmişdi. Bundan əvvəl, həmin ilin 13 aprelində, gözlənilən İran raket hücumundan bir az əvvəl, "Zion Wing" Nevatim hava bazasını tərk edib. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ