Hikmət Hacıyev: "Prezidentin 10 günə üç sammitdə iştirakı..."


Azərbaycan Prezidenti İlham Əliyevin cəmi son on gündə üç sammitdə iştirakı ölkənin dəyişən geosiyasi identikliklərindən irəli gələn çoxölçülü və çoxregional xarici siyasətinin təzahürüdür.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də bildirib.

"Yalnız oktyabrın birinci ongünlüyündə Prezident İlham Əliyev üç müxtəlif coğrafiyada və formatda üç müxtəlif sammitdə iştirak etdi.

• 1–2 oktyabr – EPC, Kopenhagen. Aİ və digər tərəfdaş Avropa ölkələri ilə görüşlər və müzakirələr.

• 6-7 oktyabr – Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı. Türk Dünyasının həmrəyliyi və birliyi.

• 9–10 oktyabr – Düşənbədə MDB Zirvə toplantısı", - paylaşımda vurğulanıb.

Hikmət Hacıyev qeyd edib ki, bu intensiv diplomatik fəaliyyət Azərbaycanın müxtəlif istiqamətlərdə tərəfdaşlığa, dialoqa və regional əməkdaşlığa əsaslanan xarici siyasət kursunun bariz nümunəsidir.


MANŞET XƏBƏRLƏRİ