İranda səfərdə olan Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bu ölkənin yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Görüş zamanı tərəflər Araz çayı üzərində ikinci köprünün inşasını müzakirə ediblər.
“Tərəflər Araz çayı üzərindən ikinci körpünün tikintisi layihəsinin həyata keçirilməsinin iki ölkə arasında nəqliyyat tutumunu artıracağı və iqtisadi əməkdaşlığın daha da inkişafına töhfə verəcəyi barədə razılığa gəliblər”, - məlumatda qeyd olunub. /axar.az/