Düşmənin potensial hədəf barədə məlumat əldə etdiyi andan ballistik və aerobalistik silahların birbaşa tətbiqinə qədər olan müddət əksər insanların düşündüyündən xeyli qısadır.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin ehtiyatda olan zabiti Anatoli Xrapçinski Feysbuk hesabında bildirib.
Xrapçinski bildirib ki, lazımi nöqtəyə zərbə endirmək üçün real vaxt dəqiq koordinatlar əldə edildiyi andan etibarən cəmi 20–30 dəqiqə təşkil edir. Onun sözlərinə görə, düşmənin bütün texnoloji zənciri — hədəfin yoxlanılması və kəşfiyyat məlumatlarının emalından tutmuş uçuş tapşırığının daxil edilməsinə və birbaşa zərbənin endirilməsinə qədər — məhz bu zaman intervalına sığır.
“Radioelektron və zərbə konturları maksimal sürətlə işlədiyinə görə, hər bir sistemin texniki zamanlamasını başa düşmək real olaraq reaksiyaya qalan vaxt barədə dəqiq təsəvvür yaradır”, — ekspert vurğulayıb.
Xrapçinski qeyd edib ki, “İsgəndər-M” operativ-taktiki kompleksi üçün uçuş tapşırığının daxil edilməsi prosesi maksimal dərəcədə avtomatlaşdırılıb və hazır koordinatlar olduqda bu, 10–30 saniyə çəkir. Bundan əlavə, trayektoriyanın birbaşa buraxılış qurğusunda hesablanması cəmi 1–3 dəqiqə davam edir. /axar.az/