Elm və təhsilə ömrünü həsr etmiş tanınmış müəllim, pedaqoq və istedadlı yazar Zenfira Nusalovanın kitablarının təqdimat mərasimi həm elmi ictimaiyyət, həm də mədəniyyət cameəsi üçün unudulmaz hadisəyə çevrildi. Tədbirdə ona elmi-pedaqoji xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adı təqdim olundu.
Bu nüfuzlu ada qədər bir çox görkəmli elm adamları layiq görülüb. Zenfira xanımın bu seçkin alimlər sırasında yer alması Azərbaycan elminin və ziyalı mühitinin qürurudur. Bu, təkcə fərdi uğur deyil, həm də ölkəmizdə elmə, təhsilə və ziyalılığa verilən dəyərin bariz göstəricisidir.
Mərasimdə çıxış edən elm və mədəniyyət xadimləri Zenfira Nusalovanın yorulmaz fəaliyyətini yüksək qiymətləndirib. Onun gənc nəslin yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlər, elmi tədqiqatları və pedaqoji sahədəki fədakarlığı xüsusi vurğulanıb.
Zenfira xanımın bu yüksək ada layiq görülməsi həm də bir mesajdır: zəhmət, bilik və fədakarlıq həmişə layiqli şəkildə qiymətləndirilir. Bu hadisə həm alimlər, həm də tələbələr üçün böyük motivasiya və qürur mənbəyidir.