Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində regionda ictimai dinləmə tədbirlərini davam etdirir.
QHT.az xəbər verir ki, Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 2025-ci il avqustun 13-də Qusar rayonunda “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində ictimai dinləmə tədbiri həyata keçirdi. Tədbirdə İcra hakimiyyəti, hüquq mühafizə, prokurorluq, məhkəmə, mediasiya təşkilatı, əmək müfətişliyi, Gənclər və idman regional idarəsi, sahiyyə, sosial xidmətlər, mədəniyyət, bələdiyyə və ictimaiyyətin digər nümayəndləri iştirak etmişdir. Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri məlumat verərək bildirmişdir ki, layihədə qaldırılan problemlər ümumilikdə bütün cəmiyyəti narahat edən və getdikcə nəzarətdən çıxan bir sıra münasibətləri əhatə edir. Əsasən insan alveri cinayəti, uşaq əməyinin istismarı, erkən nigahlar və qeyri ənənvi cinsi münasibətlərin sosial şəbəklərədə təşviqi ciddi narahatçılığa səbəb olduğu xüsusi vurğulanmışdır. Mövzu ətrafında müzakirələr aparılmış, tövsiyə və təkliflər irəli sürülmüşdür. Tədbir iştirakçıların interaktiv fəallığı ilə baş tutumuşdur. İctimai dinləmələrdə “Ümidli Gələcək” İctimai Birliyinin sədri, uşaq məsələləri üzrə ekspert Kəmalə Aşumova və Ailə və Uşaqlara Sosila Dəstək İctimai birliyinin sədri Elnurə Abuşova iştirak etmişdirlər.İştirakçılara problemin mövzusuna uyğun video çarx təqdim nümayiş etdirilmişdir.Tədbirdə 31 nəfər iştirak etmişdir.
Təkliflər
Sosial şəbəkələrə xüsusi filterlərin tətbiqi, Sosial cəhətdən zəif olan ailə və fərdlərin daha çevik olaraq xidmətə cəlb edilməsi məqsədi ilə operativ sosial xidmət mexanizmlərinin yaradılması, təhsil ocaqlarında bu mövzuda maarifləndirmə tədbirlərinin çoxaldılması kimi təkliflər irəli sürüldü. Uşaqların asudə vaxtının təşkilində yaranmış böşluqların daha faydalı məşğuliyyətlərlə(yay tətili günlərində dərnəklərin, ekoturların, yay düşərgələrinin təşkili və.s) doldurulması təklif edilmişdir. Uşaq valideyin, uşaq məktəb və uşaq cəmiyyət münasibətlərin tənzimlənməsi istiqamətində fəaliyyətlərin və kadrların artırılması təklif olunmuşdur. Regionlarda uşaq dövlət qrumlarının yaranmasına və fəaliyytətinə böyük ehtiyac vardır.