Aİ rəhbərləri: “Ukraynanın təhlükəsizliyi olmadan sülh mümkün deyil”


Avropa İttifaqı (Aİ) liderləri Alyaska sammitindən sonra veriləcək istənilən diplomatik qərarın Ukrayna və Avropanın həyati təhlükəsizlik maraqlarını qorumaqla müşayiət olunmalı olduğunu bəyan ediblər.

Turkustan.az xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Antonio Kosta ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskanı təmsil edən Ankoric şəhərində keçirilən görüşdən sonra “X” sosial media platformasında açıqlamalar veriblər.

Fon der Leyen Trampa Putinlə görüşünün nəticələri barədə Aİ-ni məlumatlandırdığı üçün təşəkkür edərək bildirib:
“Aİ ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna və ABŞ ilə sıx əməkdaşlıq edir. Ukrayna və Avropanın həyati təhlükəsizlik maraqlarını qoruyan güclü təhlükəsizlik zəmanətləri vacibdir.”

Antonio Kosta isə ABŞ-ın sülh təşəbbüslərini alqışlayıb və Vaşinqtonun beynəlxalq əməkdaşlığa sadiqliyini yüksək qiymətləndirib.

Xatırladaq ki, dünən Ankoricdə Tramp və Putin arasında təxminən üç saat davam edən görüş keçirilib. Görüşdən sonra Donald Tramp bəyan edib ki, “əldə olunan irəliləyiş əhəmiyyətlidir, lakin hələ yekun razılaşma yoxdur.”

Aİ rəhbərliyi bir daha vurğulayıb ki, Ukrayna və Avropa sülh danışıqlarında mütləq şəkildə masa arxasında təmsil olunmalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ