Pakistanın şimalında güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 330 nəfərə çatıb.
Turkustan.az xəbər verir ki, Geo News xəbər verir ki, axtarış-xilasetmə qrupları gecə ərzində ölkənin şimalında sürüşmə və daşqınlar nəticəsində dağılmış evlərdə çoxlu cəsəd tapıb.
Daşqınlar nəticəsində ölənlərin sayı Hayber Paxtunxva əyalətində 307, Gilgit Baltistanda 12, Azad Kəşmirdə 11 nəfərə çatıb.
Hayber-Paxtunxva əyalətinin rəsmiləri 32 nəfərin itkin düşdüyünü bildiriblər.
Səlahiyyətlilər ölkənin şimalında güclü yağışların avqustun 21-dək davam edəcəyini açıqlayıb.
Pakistanın baş naziri Şahbaz Şərif dərman, ərzaq və digər zəruri yardım materiallarının dərhal Xayber-Paxtunxvaya çatdırılmasını təmin etməyi tapşırıb.
Aytən Yaşar/ Turkustan.az