Bakının bu tələbi yerinə yetirilir – Paşinyan İranı razı sala biləcək?


Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan avqustun 14-də İrana səfəri zamanı “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsinə aydınlıq gətirib. Kostanyan Ermənistanla ABŞ-ın yola birgə nəzarət üçün yeni şirkət yaradacağını söyləyib.

Onun sözlərinə görə, layihənin şərtləri İranla razılaşdırılıb və Tehran tərəfinin təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınıb.

Beləliklə, İranın dəhlizlə bağlı problemi həll edildi? İrəvanın bu açıqlaması Tehran rejimini qane edəcək?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova bildirib ki, Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinə nəzarətin 99 il müddətinə ABŞ şirkətlərinə verilməsi, həmin ərazilərdə Birləşmiş Ştatların hərbi bazasının yaradılması ilə müşayiət olunsa, bu, regionda ciddi gərginliyə səbəb ola bilər:

“Həm İran, həm də Rusiya ABŞ-ın bölgədə möhkəmlənməsindən narahatdır. Hətta NATO üzvü olan Türkiyə də məsələyə tam müsbət yanaşmır. Bu səbəbdən daha balanslı bir yanaşmaya ehtiyac var.

ramiye 61595692989
Ramiyə Məmmədova

Ən optimal yol ondan ibarətdir ki, ABŞ şirkətləri Ermənistan, Türkiyə və ya Rusiya ilə xüsusi müqavilə imzalayaraq öz fəaliyyətlərinin regionda sabitliyi pozmayacağına dair təminat versinlər. Yəni həmin ölkələrin hərbçiləri nəzarəti həyata keçirə bilər. Ermənistan da artıq bu istiqamətdə müəyyən addımlar atmağa başlayıb. Rəsmi İrəvan sənəd imzalayaraq erməni əsgərlərinin həmin yolda keşik çəkməsini təmin etməyə çalışır. Bu, bölgədə balansın və sakitliyin qorunması baxımından mühüm addımdır.

Hərbi mövcudluğun ABŞ-a məxsus olması əvəzinə, burada yalnız region dövlətlərinin – Ermənistan, Türkiyə və ya Rusiya hərbçilərinin yerləşdirilməsi İranın da narahatlığını azalda bilər. Bu, həm də mümkün çaxnaşmaların qarşısını almağa və Zəngəzur dəhlizinin təhlükəsiz, sabit şəkildə fəaliyyət göstərməsinə şərait yaradacaq”.


MANŞET XƏBƏRLƏRİ