ABŞ Prezidenti Donald Tramp dünən Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ona həyat yoldaşı Melania Trampın məktubunu təqdim edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik Ağ Evdəki adının açıqlanmasını istəməyən iki mənbəyə əsaslanaraq bildirir ki, məktubun məzmunu tam açıqlanmasa da, Ukraynadakı münaqişə zamanı qaçırılan uşaqlar məsələsinə toxunulduğu qeyd olunub./Globalinfo.az