Putin-Tramp görüşünə Zelenskidən ilk REAKSİYA


“ABŞ Prezidenti Donald Trampla Alyaska görüşündən sonra təxminən bir saatdan çox danışdıq”.

Turkustan.az xəbər verir ki, bunu Ukrana Prezidenti Volodimir Zelenski deyib.

Zelenski ABŞ-a səfər edəcəyini açıqlayıb:

“Biz Prezident Trampın Ukrayna – ABŞ – Rusiya üçtərəfli görüşünün keçirilməsi təklifini dəstəkləyirik. Müharibənin başa çatması ilə bağlı bütün təfərrüatları bazar ertəsi Vaşinqtonda onunla müzakirə etmək niyyətindəyəm. Dəvətə görə minnətdaram”.

Qeyd edək ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Ukrayna lideri və NATO rəhbərlərinə zəng edib. Məlumata görə, telefon danışığı çətin keçib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ