Putinin ən çətin anları! Onun üz ifadələri çox şey deyir - FOTO


ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Alyaskada görüşüb. İki lider gəmidən endikdən sonra bir-birini salamlayıb və qırmızı xalçadan birlikdə keçiblər.

Turkustan.az xəbər verir ki, daha sonra onlar Trampın rəsmi avtomobili ilə hava limanından görüş zalına gediblər.

Tramp və Putinin ikitərəfli münasibətləri və Rusiya ilə Ukrayna arasında potensial atəşkəs məsələsini müzakirə edəcəkləri “Sülh axtarışı” görüşü başlayıb. Görüşdən əvvəl Tramp və Putin jurnalistlərin suallarını cavablandırmaq üçün oturublar.

ABŞ jurnalistləri faktiki olaraq Putini suallarla bombaladılar. Həddindən artıq səs-küy üzündən suallar eşidilməz olsa da, təkrarlanan sualların altında Putinin sifətinin əyri olduğu görülüb. Mətbuat konfransında Putinin üz ifadələri üstünlük təşkil edib.

Putinin ən çətin anları! Onun üz ifadələri çox şey deyir

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ