Alyaskada Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında qlobal miqyasda diqqət mərkəzində olan sammit nəhayət baş tutub.
Turkustan.az xəbər verir ki, iki lider görüşün keçiriləcəyi Elmendorf-Richardson Hava Bazasına qırmızı xalça üzərində yan-yana daxil olublar.
Görüş öncəsi Putin və Tramp jurnalistlərin suallarını cavablandırıblar. Bu zaman diqqətçəkən məqamlardan biri Putinlə bağlı olub. Jurnalistlərdən biri Rusiya prezidentinə belə bir sual ünvanlayıb:
“Cənab Putin, atəşkəsi qəbul edəcəksiniz? Daha çox mülki vətəndaşı öldürməyə davam edəcəksinizmi?”
Putinin bu suala cavabı isə kameraların diqqətindən yayınmayıb. O, qulağını tutaraq, “Sizi eşidə bilmədim” deyə cavab verib.
Görüşdə 2022-ci ildən bəri davam edən Rusiya-Ukrayna müharibəsinin başa çatması və Moskva ilə Vaşinqton arasında münasibətlərin müzakirə ediləcəyi gözlənilir.
Görüşdən bir neçə saat əvvəl Tramp Alyaskada keçiriləcək ABŞ-Rusiya sammiti ilə bağlı Fox News-a açıqlama verib. O, Putinlə görüşə yollandığını və danışıqların “yaxşı keçəcəyinə” ümid etdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az