“Qafqaz bizimdir. Bizim malik olduğumuz kimi ortaq sərhədə heç kim sahib deyil”.
Turkustan.az xəbər verir ki, bu absurd iddia ilə “İranın Ermənistandakı keçmiş səfiri Seyid Əli Sağayan İran dövlət televiziyasına müsahibəsində çıxış edib.
O deyib ki, ABŞ-ın Cənubi Qafqazdakı planlarının həyata keçməsinə imkan verilməyəcək:
“ABŞ-ın hər hansı planı həyata keçirə bilməyəcək. Bizim qüvvələrimiz hazırdır və əgər hər hansı hadisə baş versə, regiona ilk girən də biz olacağıq. Bunu rəsmi şəkildə bəyan etmişik. Biz bunu qətiyyətlə deyirik və heç kim qarşısında məhdudiyyətimiz yoxdur”. /globalinfo.az/