ABŞ lideri Donald Tramp hesab edir ki, Avropa ölkələri Ukrayna münaqişəsinin nizamlanmasına “bir az müdaxilə etməlidir”.
Məlumata görə, Amerika lideri "Fox News"a müsahibəsində deyib ki, Zelenski ilə Putin arasında “görüş təşkil edəcəklər” və özü də bu görüşdə iştirak etməyə hazırdır.
Alyaska sammitindən sonra ABŞ prezidenti Donald Tramp özü, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə görüş ehtimalını şərh edib.
"İndi məsələ prezident Zelenskidən asılıdır, mən də deyərdim ki, Avropa ölkələri bir az müdaxilə etməlidir, amma bu, prezident Zelenskidən asılıdır. Məncə, biz hazırıq və onlar istəsələr, növbəti görüşdə olacağam. İndi prezident Zelenski ilə prezident Putin arasında görüş təşkil edəcəklər"./modern.az