Alyaskadakı sammitindən sonra Avropa liderlərindən Putinə SOYUQ DUŞ!


ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti ilə Alyaskanın Ankoric şəhərində görüşüb.

Turkustan.az xəbər verir ki, təxminən üç saat davam edən görüş heç bir sülh gətirə bilmədi, lakin Putin Trampı növbəti görüş üçün Moskvaya dəvət etdi. Avropa liderləri də davam edən müzakirələrə münasibət bildiriblər.

Avropa liderləri Rusiya və Ukrayna arasında potensial atəşkəsin müzakirə olunduğu danışıqlarla bağlı birgə bəyanat yayıblar. "Beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilə bilməz və Ukraynaya dəstəyimiz davam edəcək. Biz Rusiya iqtisadiyyatına təzyiq göstərmək üçün sanksiyaları artırmağa davam edəcəyik. ABŞ-ın təhlükəsizlik zəmanətlərini açıqlamasını alqışlayırıq", - bəyanatda deyilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ