Putin dəvət etdi, Tramp müsbət cavab verdi! Bu, son 16 ildə bir ilk ola bilər


ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Alyaskada tarixi sammit üçün görüşüblər.

Turkustan.az xəbər verir ki,Tramp Putini qırmızı xalıda alqışlarla qarşılayıb. İki liderin səmimi davranışı diqqəti cəlb edib.

Onlar görüş sahəsinə birlikdə gedərkən F-22 döyüş təyyarələri və strateji əhəmiyyətli B-2 bombardmançı təyyarəsi havada uçub. Həmin an kameraya düşüb və hər iki lider başlarını qaldırıb, təyyarələrin üstündən keçməsinə baxıblar.

İki liderin diplomatik masa arxasına əyləşdiyini görən maraqla gözlənilən bu görüş səmimi dialoq və pozalarla kameralara tuş gəlib. Görüş təxminən üç saat davam edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ