ABŞ-ın Alyaska ştatında ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında tarixi sammit keçirilib.
Turkustan.az xəbər verir ki, “Üç-üç” görüşündə Trampı ABŞ-ın dövlət katibi Marko Rubio və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, Putinin nümayəndə heyətində isə Rusiya xarici işlər naziri Sergey Lavrov və Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov müşayiət edib.
Üç saata yaxın görüş keçirən liderlər sammitdən sonra bəyanatla çıxış ediblər. Putin: "Danışıqlarımız qarşılıqlı anlaşma ilə aparıldı" dedi. Tramp isə öz növbəsində, "Ukrayna ilə bağlı hələ ki, heç bir razılaşma yoxdur və razılaşma olana qədər "bizim razılaşmamız var" deyə bilməyəcəyik. Mən NATO-ya və Zelenskiyə zəng edəcəyəm. Putinlə növbəti görüşümüz Moskvada olacaq" deyib.
Görüşdən sonra ABŞ və Rusiya nümayəndə heyətləri arasında planlaşdırılan nahar ləğv edilib. Putin vətənə qayıtmağa hazırlaşarkən Tramp Vaşinqtona getmək üçün Air Force One-a minib.
Putin Alyaskanı tərk etməzdən əvvəl Sovet İttifaqı əsgərlərinin məzarlarını ziyarət edib, gül dəstələri qoyub.
Aytən Yaşar/ Turkustan.az