Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampın iki ölkə arasındakı ticarət balansı ilə bağlı yanlış açıqlamalar verdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Lula da Silva Sao Paulo əyalətinin daxili hissəsindəki İracemapolis şəhərində fabrikin açılış mərasimində çıxışı zamanı Trampın ABŞ-ın Braziliya ilə böyük ticarət kəsiri olduğu iddiasına toxunub.
Rəsmi məlumatlara görə ABŞ-ın Braziliya ilə xalis ticarət profisiti olduğunu ifadə edən Lula da Silva: "ABŞ ilə əlaqələrimizdə lazımsız turbulentlik yaşayırıq. ABŞ prezidentinin Braziliya haqqında bu qədər yalan danışmasını qəbul edə bilmərəm" dedi.
Prezident Trampın Braziliya məhsullarına tətbiq etdiyi 50 faiz rüsumunu tənqid edərək: "Braziliya hörmətə layiq bir xalqdır. ABŞ prezidentinin "Braziliya pis ticarət ortağıdır" deməsi doğru deyil. Braziliya yaxşıdır, yeganə fərq odur ki, Amerika hökuməti qarşısında diz çökməyəcək”-deyə, əlavə etdi.
Aytən Yaşar/ Turkustan.az