Alyaska sammitindən DƏRHAL SONRA! Tramp Kiyev və NATO liderlərinə zəng etdi


Putinlə tarixi görüşündən sonra prezident Tramp Ukrayna və NATO liderləri ilə kritik telefon danışıqları aparıb.

Turkustan.az xəbər verir ki, Ağ Ev ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə uzunmüddətli telefon danışığı apardığını və sonra NATO liderləri ilə danışdığını açıqlayıb.

Məlumata görə, Tramp AB Komissiyasının sədri Ursula fon der Leyen və Avropa liderlərinə zəng edərək Putinlə Alyaskada görüşü barədə məlumat verib.

Tramp Ukrayna lideri Zelenskiyə və NATO liderlərinə Rusiya prezidenti Putinin atəşkəs istəmədiyini, bunun əvəzinə müharibəyə son qoyacaq hərtərəfli sülh sazişinə üstünlük verdiyini çatdırıb.

“Məncə, tezliklə sülh razılaşması atəşkəsdən daha yaxşıdır”, - ABŞ prezidenti liderlərə deyib.

Ukrayna lideri Zelenski Trampla üz-üzə görüşmək üçün bazar ertəsi Vaşinqtona gələcəyini açıqlayıb.

Ukraynanın konstruktiv əməkdaşlığa açıq olduğunu vurğulayan Zelenski Trampla telefon danışığının 1,5 saatdan çox davam etdiyini bildirib.

Üçtərəfli sammiti dəstəklədiklərini bildirən Zelenski: "Avropa da danışıqların bütün mərhələlərinin bir hissəsi olmalıdır. Görüş zamanı ABŞ-dan Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı gələn müsbət siqnalları müzakirə etdik" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ