ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasından Alyaska ştatının Ankoric şəhərinə uçub.
Turkustan.az xəbər verir ki,Ağ Evin mətbuat hovuzu aerodromdan yayımlanır.
Amerika liderinin mətbuat xidmətinin əvvəllər yaydığı cədvələ əsasən, Ankoricdə ikitərəfli tədbirlər yerli vaxtla saat 11:00-da başlayacaq. Həmçinin bildirilib ki, yerli vaxtla saat 17:45-də Tramp Ankorici tərk edərək Vaşinqtona uçacaq.
Aytən Yaşar/ Turkustan.az