SON DƏQİQƏ! Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı gözlənilməz AÇIQLAMA


"Rusiya, Ermənistanın Azərbaycanla “Tramp yolu” adlı nəqliyyat dəhlizi yaratmaq planlarını dəstəkləyir".

Turkustan.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, Ermənistan Rusiyanın strateji müttəfiqidir və əgər İrəvan belə bir layihəni özləri üçün faydalı hesab edirsə, Moskva bu təşəbbüsü dəstəkləyəcək.

Qeyd edək ki, Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra birgə Bəyannamə imzalayıblar. Sənəd Bakı və İrəvanın sülh arzusunu vurğulayan yeddi maddəni, o cümlədən Zəngəzur dəhlizinin (TRİPP) açılması məsələsini özündə əks etdirir.

Bizim.Media


MANŞET XƏBƏRLƏRİ