İrəvan “Tramp yolu” ilə bağlı açıqlama verdi


“Tramp yolu” üzrə işlər ABŞ ilə birlikdə Ermənistan ərazisində aparılacaq”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.

“İndi Orta dəhliz haqqında çox danışılır, bu, Çindən Avropaya nəhəng ticarət dövriyyəsini təmin edəcək böyük beynəlxalq layihədir. “Tramp yolu” həmin layihənin mühüm halqasına çevriləcək”,

Təsəvvür edin: Ermənistan və Azərbaycan sülhə imza atıb, sərhədlər və Ermənistan ərazisində “Tramp yolu” açılıb və sərmayə qoymaq istəyən insanlar Ermənistanı münasib variant hesab edəcək”, - fraksiya rəhbəri bildirib./teleqraf


MANŞET XƏBƏRLƏRİ