Tramp Zelenskidən Ukraynanın Rusiya şəhərlərinə zərbə potensialı barədə soruşub.
Turkustan.az xəbər verir ki, ABŞ Prezidentinin mətbuat katibi Caroline Levitt təsdiqləyib ki, Prezident Donald Tramp, Ukrayna Prezidenti Vladimir Zelenski ilə söhbəti zamanı Ukraynanın Moskva və Sankt-Peterburqa zərbə endirmək imkanları barədə sual verib.
Levitt bildirib ki:
“Prezident Tramp sadəcə suallar verirdi, daha çox öldürməyə təşviq etmirdi. O, qətlləri dayandırmaq və bu müharibəyə son qoymaq üçün yorulmadan çalışır.”
Levitt bu sözləri “Financial Times” və “The Washington Post” nəşrlərində yer alan, Trampın guya Zelenskini Rusiyanın dərinliklərinə zərbələr endirməyə təşviq etdiyinə dair anonim mənbələrə əsaslanan xəbərlərə cavab olaraq deyib.
FT-nin məlumatına görə, Tramp Rusiyaya “ağrı hiss etdirmək” və onu sülh danışıqlarına məcbur etmək istəyib.
VP isə yazır ki, Zelenski ABŞ tərəfindən silah təmin olunacağı halda Ukraynanın Rusiya şəhərlərinə zərbələr endirə biləcəyini bildirib.
Aytən Yaşar/ Turkustan.az