13 iyul Respublika Velotrekində keçirilən layihənin açılış tədbiri unudulmaz təəssüratlarla yadda qaldı!
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il Qrant Müsabiqəsinin qalibi olmuş Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyi layihənin icrasına başlayıb.
Layihə çərçivəsində əlilliyi olan şəxslər, yaşlılar, uşaqlar və valideynlər bir araya gəldi, ilk dəfə velosiped təcrübəsi yaşayan iştirakçılar böyük sevinc və həyəcanla sürüş etdilər. Xüsusilə valideynlərin sözlərinə görə, bir çox uşaq ilk dəfə idi ki, qorxularını dəf edərək velosiped sürdü — bu isə layihənin əsl məqsədinə çatdığını göstərir: hər kəs üçün əlçatan və inklüziv imkanlar yaratmaq!
Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin, yaşlı nəslin və velosipeddən çəkinən insanların sosial həyata inteqrasiyasına, sağlam və təhlükəsiz həyat tərzinə dəstək verməkdir. Bunu isə ödənişsiz və hər kəs üçün açıq olan velosiped sürüşləri ilə reallaşdırırıq. "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin sədri Amid Həsənquliyev:
"Təşkilat dərin təşəkkürümüzü bildiririk:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə – bu layihəyə göstərdikləri dəstəyə görə,
Azərbaycanın Velosiped İdmanı Federasiyasının rəhbərliyinə,
Respublika Velotrekinin və Velo Məktəbin rəhbərliyinə – bütün texniki və məkan dəstəklərinə görə,
Eləcə də bu təşəbbüsün uğurla reallaşmasına töhfə verən bütün əməkdaşlarına.
Eyni zamanda bizim bu tədbirimizi işıqlandıran media nümayəndələrinə
ARB TV
DOST TV
Dərin təşəkkür edirik.
Valideynlərin, iştirakçıların və xüsusilə uşaqların sevinci bizə bir daha göstərdi ki, doğru yoldayıq. Layihəmiz davam edir və qarşıdakı mərhələlərdə daha çox iştirakçını bu gözəl təcrübəyə cəlb edəcəyik!
Tədbirdə iştirak edən dəyərli qonaqlarımıza xüsusi təşəkkürümüzü bildiririk:
Nicat Abasbəyli – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri, Elvin Astanov – Paralimpiya çempionu, rekordçu, Ayaz Hüseynov – Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İdarə Heyətinin sədri, Alı Qədirli - qazi, Respublika olimpia velosiped məktəbinin və AE Cycling School velosiped klubunun məşqçı müəllimi Əlizadə Elgün, Mehman Ramazanzadə - Paralimpiyaçı, Gözəl ifaları ilə bizimlə birgə olan, Fərid Abuşov - Tar ifası ilə, Fidan xanım - qarmon ifası, Bəhlul Əliyev - Paralimpiyaçı, təşkilatımızın sədr müavini
Birlikdə daha inklüziv, sağlam və yaşıl bir gələcəyə doğru!"