ABŞ-ın iki ştatında həyəcan siqnalı: Ölüm sayı durmadan artır


Nyu-Cersidə fövqəladə vəziyyət elan olundu, Texasda daşqınlar fəlakətə səbəb oldu.

Turkustan.az xəbər verir ki, NBC News-un məlumatına görə, Nyu-Cersi ştatının qubernatoru Fil Merfi güclü yağışlar səbəbilə fövqəladə vəziyyət elan edib. O, vətəndaşlara müraciət edərək bildirib:

“Xahiş edirəm evdə qalın və vacib olmadıqca səyahət etməyin.”

Bu arada Nyu York Şəhər Fövqəladə Hallar İdarəsi "X" sosial media platformasında əhalini xəbərdar edib:

“Əgər zirzəmidə yaşayırsınızsa, sayıq olun. Ani daşqınlar az xəbərdarlıqla, o cümlədən gecə saatlarında baş verə bilər. Telefonunuzu, fənərinizi və təcili yardım çantanızı yanınızda saxlayın. Daha yüksək yerə keçməyə hazır olun.”

Qeyd edək ki, iyulun əvvəlində Nyu-Cersidə baş vermiş şiddətli yağış və fırtına zamanı ağacların avtomobillərin üzərinə aşması nəticəsində 3 nəfər həyatını itirib.

Digər tərəfdən, ABŞ-ın cənubundakı Texas ştatında da hava şəraiti faciəvi nəticələrə səbəb olub. İyulun 4-də başlayan qəfil leysan yağışları nəticəsində Kerr bölgəsində yerləşən Quadalupe çayı daşaraq daşqınlara səbəb olub.

Daşqınlar nəticəsində 129 nəfərin həyatını itirdiyi, təxminən 150 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin isə davam etdiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ