İsrailin diaspor naziri Amichai Chikli Suriyanın cənubunda baş verən hadisələrdən sonra prezident Əhməd Şaranın öldürülməsinə çağırıb.
Turkustan.az xəbər verir ki, X hesabından verdiyi açıqlamada Çikli Suriya hökumətini Həmasla eyniləşdirərək: "Həmas kimi görünürsə, HƏMAS kimi danışırsa və HƏMAS kimi davranırsa, HƏMASdır" deyib.
Suriya hökumətini "xilafət" olaraq xarakterizə edən Çikli: "Əhməd Şaranın qanuni lider olduğunu düşünən çox yanılır. O, dərhal aradan götürülməlidir" iddiası ilə Suriya prezidenti Şara sui-qəsd çağırışı edib.
Bildirək ki, Druzi qruplarının bədəvi ərəb qəbilələrinə məxsus bəzi avtomobilləri ələ keçirməsindən sonra iki gün əvvəl Sveydada kiçik miqyaslı silahlı toqquşmalar baş verib.
Aytən Yaşar/ Turkustan.az