Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaja Kallas İsrailin Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması ilə bağlı öhdəliklərini yaxından izləyəcəklərini və yerinə yetirilmədiyi təqdirdə hərəkətə keçməyə hazır olduqlarını bildirib.
Turkustan.az xəbər verir ki, AB Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuata açıqlama verən Kallas, Qəzzada humanitar vəziyyətin yaxşılaşdığına dair "bəzi müsbət işarələr" gördüklərini iddia edərək: "Lakin İsrailin yerdəki humanitar vəziyyəti yaxşılaşdırmaq üçün daha konkret addımlar atması lazımdır" dedi.
Kallas AB-nin İsrailin Qəzzada humanitar vəziyyəti yaxşılaşdırmaq üçün razılaşdığı addımlara əməl edib etmədiyini "yaxından izləyəcəyini" ifadə edərək, Təl-Əvivin bu razılaşma çərçivəsində fəaliyyətlərini ehtiva edən hesabatı iki həftədən bir yeniləyəcəklərini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az