30 ailə başçısına ailə büdcəsi qurmağın və ağıllı alıcı olmağın sirlərini öyrədəcəyik.
QHT.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinln Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə büdcəsi quraq, daha varlı olaq!" layihəsinin növbəti, üçüncü mərhələsi 27 iyun 2025-ci il tarixdə başladı.
İyun ayının 1-dən etibarən layihənin ikinci - mediada təbliğat mərhələsinə start verilib. Layihənin bu mərhələsində layihə məqsədləri 16 məqalədə təbliğ edilir. Hər bir təbliğat məqaləsi MEDİA Agentliyinin reyesterində qeydiyyatdan keçmiş ayrı-ayrı sayıtlarda dərc edilir. Məqalələrdə ailə büdcəsinin qurulması üsulu, büdcə növlər, qurulma metodları, ağıllı alıcı olaraq satış mərkəzlərinin marketinq manipulyasiyalarından qorunmaq qaydaları, ailə büdcəsinə qənaət etmək yolları detalli şəkildə, elmi əsaslara və təcrübəyə istinadən izah edilir.
Birlik layihə çərçivəsində cəmiyyətdə ailə büdcəsi qurmaq və ağıllı alıcı olmaq ideyasını təbliğ edir.
Birlik mütəxəssisləri hesab edir ki, bu yolla ailələrin gəlir və xərclərini elə optimallaşdırmaq olar ki, onlar fövqaladə vəziyyətlərdə borclanmaya getməməyə, üstəlik, özlərinə dar gün üçün ehtiyat pul vəsaiti - "maliyyə yastığı" yarada bilər.
Əlbəttə, ehtiyat vəsaitlərindən başqa məqsədlər (ev, bağ, avtomobil almaq, kiçik biznes qurmaq və s.) üçün də istifadə etmək olar.
İyun ayınının 27-dən başlayaraq layihənin üçüncü mərhələsi başlayaıb. Bu mərhələdə layihə çərçivəsində ailə başçılarına (maliyyə məsələlərinə baxan ailə üzvülərinə) ailə büdcəsi qurmaq və ağıllı alıcı olmaq mövzusunda treninqlər keçrilir. Treninqlərdə iştirak ödənişsizdir və iştirakçılara ailə büdcəsi qurmaq üçün təmənnasız fiziki vasitələr təqdim edilir.
İyul ayının 11-də keçrilən təlimdə 9 nəfər ailə nümayəndəsi iştirak edib. Təlimdə jurnalust, QHT üzvü, müəllimə, fəhlə, idarə rəisi və sadə ailə nümayəndələri iştirak ediblər. İştirakçılar layihə çərçivəsində keçrilən təlimi təqdi edib və biodiriblər ki, indiyə qədər eşitmədikləri mətləblər barədə geniş bilgi alıblar.
Təlimlərdə dinləyici kimi iştirak etməklə layihəmizdən yaralanmaq istəyən (Bakı və Sumqayıt şəhərində, eyni zamanda, Abşeron rayonunda yaşayan) vətəndaşlar aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilər: +994558476605 - WhatsApp; +994703419301; [email protected].
Növbəti təlim 18 iyul 2025-ci il tarixdən başlayır, sonuncu təlimimiz 25 iyul 2025-ci il tarixdəp keçriləpcək. Təlimlər hər həftənin 5-ci günu, saat 13.00-da, Yeni Salyan Yolu 20, giriş C, mənzil 255 ünvanında başlayır.
Növbəti təlim 18 iyul 2025-ci il tarixdə, saat 13.00-da, eyni ünvanda baş tutacaq.